13 C
Baku
Saturday, November 23, 2024

Avropa İttifaqı Moldovaya 1 milyard avro ayırıb

Avropa İttifaqı (Aİ) ölkənin sabitliyini gücləndirmək üçün Moldovaya 1 milyard avro ayırıb.

Bu barədə Aİ Şurasının sədri Şarl Mişel Kişinyovda məlumat verib.

“Moldova xalqı, siz həqiqətən də bu çətin zamanda tək deyilsiniz. Son bir il ərzində biz Moldovanı dəstəkləmək və ölkənin sabitliyini gücləndirmək üçün 1 milyard avrodan çox vəsait topladıq”, – Mişel Moldova Prezidenti Maya Sandu ilə birgə brifinq zamanı bildirib.

Avropa rəsmisi Brüsselin Moldovaya dəstəyi davam etdirəcəyini və Avropa Komissiyasının tezliklə Moldova, Ukrayna və Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişinə dair hesabat dərc edəcəyini vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər