28 C
Baku
Saturday, July 27, 2024

Avropa İttifaqı Moldovaya 40 milyon avro ayıracaq

Avropa İttifaqı(Aİ) Moldova silahlı qüvvələrinə dəstək üçün 40 milyon avro ayıracaq. Bu maliyyə yardımı hərbi texnikanın alınmasına və Moldova ordusunun təliminə sərf olunacaq.

Aİ-nin qərarında qeyd edilir: “Bu yardım Moldova silahlı qüvvələrinin maddi-texniki təchizatı, mobillik, komandanlıq və idarəetmə, kibermüdafiə, pilotsuz uçuş kəşfiyyatı və taktiki rabitə potensialını gücləndirəcək. Lazımi avadanlıq, materiallar və xidmətlərlə, o cümlədən təlimlərlə təmin olunacaq”.

Aİ vurğulayıb ki, bu məbləğ 2021-ci ilin dekabrında təsdiq edilmiş yardımın tərkib hissəsidir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər