12 C
Baku
Sunday, October 27, 2024

Avropa İttifaqı ödəniş sahəsində yeni qaydaları təsdiq etdi

Avropa Palamenti nəzərdən keçirilən Ödəniş xidmətləri haqqında direktivi rəsmi olaraq qəbul etdi. Avropa Komitəsi tərəfindən təklif edilən yeni qaydalar toplusu bu sahə üzrə rəqabəti artırmalı, innovasiyaların tətbiq edilməsi şərtlərini yaratmalı və istehlakçıların təhlükəsizliyini yaxşılaşdırmalıdır. 

Aİ-nın ödəniş xidmətləri sahəsində qaydaları yeniləməsi hesabların ödənilməsi xərclərini azaltmağa xidmət etməlidir.

Bu qaydalar hələ 2015-ci ilin may ayında Avropa Parlamentinin deputatları tərəfindən qeyri-rəsmi olaraq səsvermədən keçirilmişdi.  Xərclərin azaldılması ilə yanaşı, yeni qaydalar bütün internet ödənişlər barədə məlumatların qorunması üçün vahid qərarlar hesabına tranzaksiyaların təhlükəsizliyini artırmağa imkan verəcək.

Qeyd edək ki, qanun layihəsinə 578 deputat lehinə, 29 deputat əleyhinə səs vermişdir. 52 nəfər isə bitərəf olaraq çıxış etmişdir.

Son xəbərlər
Digər xəbərlər