25 C
Baku
Tuesday, July 16, 2024

Avropa İttifaqı ölkələri şirkətlərinin Rusiyanı tərk etməsinə yardım etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) ölkələri öz şirkətlərinin Rusiyanı tərk etməsinə yardım etməyə hazırlaşırlar.

Bu barədə “Euobserver” məlumat yayıb.

Bildirilib ki, Aİ həmin şirkətlərin vergilərinin Rusiyanın Ukraynadakı müharibəsinin maliyyələşdirilməsində istifadə edilməsindən narahatdır.

Qeyd olunub ki, Rusiyaya qarşı 11-ci sanksiyalar paketində maliyyə əməliyyatları üçün xüsusi yeni icazələrin və Avropa şirkətlərinin Rusiyadan çıxmasına kömək etmək üçün hazırlanmış hüquqi xidmətlərin daxil edilməsi təklif edilir.

Əlavə olunub ki, müharibə başlayandan Aİ tərəfindən 1600-dən çox rusiyalı fiziki və hüquqi şəxsin aktivləri dondurulub və 11-ci paketdə növbəti 100 ad siyahıya əlavə ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər