23 C
Baku
Sunday, September 29, 2024

Avropa İttifaqı ölkələri ilə ticarətdən 3 milyard dollardan çox xarici valyuta ölkəyə daxil olub

Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə bu ilin yanvar-aprel aylarında 3 milyard  309 milyon 601 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Banker.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, illik müqayisədə  7,3% azdır. Bu dövrdə idxalın dəyəri 683 milyon 555 min ABŞ dollrı təşkil edib ki, bu da illik müqayisədə 1.9% azdır.

Avropa İttifaqına üzv ölkələrin ixracdakı payı ümumi ixraca nisbətən 52%, idxaldakı payı isə 19.37% təşkil edib.Bu dövr ərzində ixrac əməliyyatı ən çox İtaliya ilə (2 milyard 383 milyon  616 min ABŞ dolları), idxal isə Almaniya ilə ( 242 milyon 999 min ABŞ dolları) olub.

Son xəbərlər
Digər xəbərlər