Avropa İttifaqı koronavirus pandemiyasının iqtisadi nəticələri ilə mübarizə aparan 10 qonşu ölkəyə 3 milyard avro ayırıb.
Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatına istinadən TASS məlumat verib.
Qeyd edildiyi kimi, Aİ Ukraynaya 1,2 milyard avro ayıracaq. Bu, təşkilatın qonşu ölkələrə ayırdığı məbləğin ən böyüyüdür.
Xatırladaq ki, 2019-cu ilin 31 dekabr tarixində Çin hökuməti Uhan şəhərində yeni Covid-19 koronavirusunun yayıldığını elan etdi. Bu günə qədər 2,5 milyon insan yoluxub, onlardan 701 886 nəfər sağalıb, 178 564 nəfər dünyasını dəyişib.