Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketinə daxil olan şəxslər və şirkətlərin, o cümlədən Rusiyaya ikili təyinatlı malların tədarükü ilə məşğul olan yeddi İran şirkətinin siyahısını dərc edib.
Bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir.
Bəyanatında qeyd olunub ki, İranın müvafiq şirkət və ya təşkilatları Rusiya ordusuna verilən və Ukraynadakı müharibə zonasında istifadə edilən hərbi pilotsuz uçuş aparatları istehsal edir.
Siyahıya “Təyyarə Mühərriklərinin Dizaynı və İstehsalı” (Design and Manufacturing of Aircraft Engines), “İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri” (Islamic Revolutionary Guard Corps Aerospace Force), “İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünü Təminat Cihad Təşkilatı” (Islamic Revolutionary Guard Corps Research and Self-Sufficiency Jihad Organization” və digər şirkətlər daxil edilib.