Avropa İttifaqı sammitində ölkələrin qaz bazarında bir-biri ilə rəqabət aparmaması üçün qaz alışlarının birləşdirilməsi qərara alınıb.
Bunu Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib.
“Mən alqışlayıram ki, biz bundan sonra kollektiv müqavilə gücümüzdən istifadə etmək qərarına gəldik, qiymətdə bir-birimizlə rəqabət aparmaq və qiymətləri qaldırmaq əvəzinə, alışlarımızı birləşdirəcəyik”, – deyə, o, əlavə edib.