-3 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı Rusiya banklarını yenidən SWIFT sisteminə qoşmaq niyyətində deyil

Avropa İttifaqı (Aİ) hələlik Rusiya banklarını, o cümlədən “Rosselxozbank”ı SWIFT sisteminə yenidən qoşmağı planlaşdırmır.

Bunu “İzvestiya”ya Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.

Onun sözlərinə görə, Brüssel sanksiyaları yalnız Ukraynada münaqişə bitdikdən sonra yumşalda, hətta ləğv edə bilər.

Stano qeyd edib ki, ərzaq və kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracına yeganə maneə beynəlxalq ərzaq təhlükəsizliyinin onsuz da ciddi problemlərini daha da dərinləşdirən müharibədir.

“Aİ-nin sanksiyaları üçüncü ölkələrlə Rusiya arasında kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən buğda və gübrə ticarətinə şamil edilmir, onlar arasında ödəniş variantları hələ də mövcuddur”, – Aİ nümayəndəsi fikirlərini yekunlaşdırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər