12 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı Rusiya qazının istehlakını 26%-ə endirməyə nail olub

Avropa İttifaqının Rusiyanın enerji resurslarından mərhələli şəkildə imtina planı digər ölkələrdən qaz idxalını, həmçinin bərpa olunan enerjinin payının artırılmasını nəzərdə tutur.

Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ 2030-cu il üçün bərpa olunan enerjinin payını 45%-ə çatdırmaq istəyir. Eyni zamanda, ümumi enerji istehlakının 13% azaldılması nəzərdə tutulur.

Ursula fon der Leyen qeyd edib ki, bir il ərzində (2021-ci ilin aprelindən 2022-ci ilin aprelinə qədər) Avropa İttifaqı Rusiya qazının istehlakını 40%-dən 26%-ə endirməyə nail olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər