20 C
Baku
Wednesday, May 29, 2024

Avropa İttifaqı Rusiya üzərindən tranzitin məhdudlaşdırılması imkanlarını araşdırır

Avropa İttifaqı 11-ci sanksiya paketi çərçivəsində Rusiya ərazisindən tranzit daşımalarının məhdudlaşdırılması imkanlarını nəzərdən keçirir.

Bu təklif Moskvaya qarşı tətbiq olunan məhdudiyyətlərdən yayınmalarla mübarizə məqsədi daşıyır. Sanksiyalar paketində transponderi (siqnal qəbuledicisi və göndəricisi – red.) söndürən gəmilərə qarşı tədbirlər də nəzərdən keçiriləcək.

Agentliyin mənbələrinin məlumatına görə, ABŞ, Yaponiya və Kanada Moskvaya qarşı özlərinin yeni sanksiyalar paketini hazırlayır. Xüsusən də Kanada insan hüquqları ilə bağlı tədbirlər və Rusiyanın müdafiə sənayesinə qarşı məhdudiyyətlər üzərində çalışır.

Yeddilər qrupu (G7) ölkələrinin bu ay Yaponiyada keçiriləcək sammit zamanı Moskvaya qarşı planlarını elan edəcəyi gözlənilir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər