Avropa İttifaqı (Aİ) fevral ayında Belarus və Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər.
Bunu “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvika bildirib.
Onun sözlərinə görə, yeni məhdudiyyətlərin Aİ-Ukrayna sammitində qəbul olunması ehtimalı azdır.
Jurnalistin fikrincə, sanksiyalar fevralın sonunda qəbul olunacaq.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, Aİ Rusiyaya qarşı yeni, 10-cu sanksiyalar paketini fevralın əvvəlində keçirilməsi planlaşdırılan Ukrayna-Aİ sammitinə qədər təsdiq etmək istəyir.