Mən Rusiyaya qarşı yeni sanksiyalar paketində hərbi fəaliyyətlərə, siyasi qərarlara, təbliğata və dezinformasiyaya görə məsul olan 100-ə yaxın əlavə şəxsə və quruma sanksiya tətbiq etməyi təklif edirəm.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə brifinqdə bildirib.
“Biz yenə də Rusiyanın hərbi və müdafiə sektoruna, mülki şəxsləri və mülki infrastrukturu hədəf alan pilotsuz təyyarələrin hazırlanmasına və ixracına görə məsuliyyət daşıyanlara ağır zərbə vuracağıq. Buraya dronların istehsalı və Rusiyaya verilməsi ilə məşğul olan İran müəssisələrinə sanksiyalar da daxildir”, – Borrell qeyd edib.