Avropa İttifaqı ölkələri Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir.
Bu barədə ABŞ-Aİ işçi qrupunun enerji təhlükəsizliyi üzrə növbəti görüşünün yekunları üzrə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
“Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaqla, neft idxalını 90% azaltmaqla və [təbii] qaz idxalını 2021-ci ildəki 155 milyard kubmetrdən 2022-ci ildə təxminən 80 milyard kubmetrə endirməklə, Rusiyanın qalıq yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Gözlənildiyi kimi, 2023-cü ildə idxal 40-45 milyard kubmetrə qədər azalacaq”, – sənəddə deyilir.