27 C
Baku
Friday, July 19, 2024

Avropa İttifaqı Rusiyanın 17.5 mlrd. avro dəyərində aktivlərini dondurub

Avropa İttifaqı bu günə kimi Rusiyanın 17.5 milyard avroluq aktivlərini dondurub.

Bunu Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib

“Biz irəliləyiş əldə etdik, aprel ayında təxminən 6.7 milyard avro ilə başladıq və bu gün bu məbləğ artıq 17.5 milyard avrodur”-deyə, o bildirib.

Onun sözlərinə görə, adı qurumun sanksiyaların siyahısına düşən 1 350 şəxs və təşkilatın hesabları, daşınmaz əmlakı və yaxtaları Aİ-yə üzv dövlətlər tərəfindən izlənilir və dondurulur.

“Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriyada daha çox aktivlər müəyyən edilərək dondurulub. Bu tendensiya təkcə Rusiyanın bu ölkələrdəki mülkiyyəti ilə deyil, həm də hakimiyyət orqanlarının işi, eləcə də sanksiyaların effektiv həyata keçirilməsi ilə bağlıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər