30 C
Baku
Friday, July 19, 2024

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketi üzərində işə başlayacaq

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Aİ 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.

Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər