Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiq edib, Banker.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Yeni sanksiyalar paketinə aşağıdakılar daxildir:
– Neft qiymətlərinin məhdudlaşdırılması;
– “Referendumda iştirak edən” qurumlara və şəxslərə qarşı əlavə sanksiyaların tətbiq edilməsi;
– Kömür, atıcı silahlar, aviasiya sektorundan texniki əşyalar və bəzi kimyəvi maddələrin ixracına məhdudiyyətlərin qoyulması;
– Poladdan hazırlanmış Rusiya məhsullarının, maşın və avadanlıqların, plastik məmulatların, nəqliyyat vasitələrinin, tekstil məmulatlarının, ayaqqabıların, dəridən, keramikadan, bəzi kimyəvi məmulatların və tərkibində qızıl olmayan zərgərlik məmulatlarının idxalına qadağa – bu kateqoriyalardan malların idxalına qoyulan məhdudiyyətin məbləği demək olar ki, 7 milyard avroya çatır;
– Aİ vətəndaşlarının Rusiya dövlət müəssisələrinin idarə edilməsində işləməsinə qadağa;
– Rusiya Dəniz Reyestri ilə əməliyyatların qadağan edilməsi;
– Pul kisəsinin məbləğindən asılı olmayaraq bütün pul kisələri, hesablar və ya kriptovalyuta saxlama xidmətlərinin qadağan edilməsi (əvvəllər 10 000 avroya qədər kriptovalyutaların saxlanmasına icazə verilirdi);
– Rusiya hüquqi şəxsləri və hökumətinə hüquqi və İT məsləhətləri, həmçinin memarlıq və mühəndislik xidmətlərinin göstərilməsinin qadağan edilməsi.
Avropa Komissiyasının saytında bildirilir ki, Avropa İttifaqı “sanksiyalardan yayınmağa töhfə verən şəxslərə məhdudiyyətlərin tətbiqinə imkan verəcək meyar” da təqdim edib.