6 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiya paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 9-cu paketi çərçivəsində məhdudiyyətlərə məruz qala biləcək şəxslərin siyahısı üzərində işləyir.

Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, 9-cu sanksiya paketi xeyli fiziki şəxsi əhatə edə bilər. Buraya Rusiya prezidenti Vladimir Putinin kleptokratik rejimi ilə bağlı olan “rəsmilər, təbliğatçılar, şirkət rəhbərləri və digərləri”nin daxil olacağı gözlənilir.

Qəzetin yazdığına görə, Aİ rəsmiləri sanksiyalara məruz qala biləcək şəxslərin böyük siyahısını təklif ediblər. İndi Avropa Komissiyası (AK) siyahıda adları qeyd edilənlərin Rusiya və Ukrayna arasındakı hərbi münaqişə ilə əlaqəsinə əmin olmaq üçün işləyirlər.

Nəşr aydınlaşdırıb ki, bu, sanksiyalara məhkəmədə etiraz edilə bilməməsi üçün lazımdır.

“Politico” mənbələrinin məlumatına görə, AK hələ ki 9-cu sanksiyalar paketi üzərində işlərə rəsmən başlamayıb. AK əməkdaşları Aİ ölkələrinin bəzi səfirləri ilə birlikdə yalnız mümkün məhdudiyyətləri nəzərdən keçirirlər.

Aİ oktyabrda Ukraynada hərbi əməliyyatlara cavab olaraq Rusiyaya qarşı sanksiyaların 8-ci mərhələsini tətbiq edib. Bəzi ölkələr 9-cu sanksiya paketinin tətbiqinə çağırıb. Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirməyə hələ hazır deyil.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər