10 C
Baku
Wednesday, November 27, 2024

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiya paketi ilə bağlı razılığa gələ bilməyib

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı sanksiyaların doqquzuncu paketi ilə bağlı razılığa gələ bilməyib.

Bu barədə adının açıqlanmasını istəməyən Aİ diplomatları bildirib.

Onların sözlərinə görə, növbəti sanksiyalar paketi ilə bağlı dekabrın 14-ü axşam saatlarına qədər müzakirələr davam edib. Danışıqlarda ölkələr razılaşmaya yaxınlaşsalar da, Polşa və bəzi digər ölkələr etiraz ediblər.

Moskvaya qarşı yeni sanksiyalar, gübrə şirkətlərinin sanksiyaya məruz qalan oliqarxlara məxsus olduğu halda Rusiyanın gübrə ixracının Avropa limanlarından keçməsinin asanlaşdırılıb-asanlaşdırılmaması ilə bağlı fikir ayrılığı səbəbindən qəbul olunmayıb.

Bəzi ölkələr Aİ-nin məhdudiyyətlərinin inkişaf etməkdə olan ölkələr üçün ərzaq təhlükəsizliyinə təhdid yaratdığını, digərləri isə gübrə biznesinə sahib olan rus oliqarxlarına Aİ-nin onlara qarşı sanksiyalarından yayınmağa imkan verəcəyini iddia edir.

Aİ diplomatlarından birinin sözlərinə görə, Polşa və Baltikyanı ölkələr digər ölkələrə bildiriblər ki, əgər onlar Rusiya gübrələrinin yumşaldılmasının oliqarxlar üçün boşluq kimi sui-istifadə edilməyəcəyini düşünürlərsə, özlərini aldadırlar.

Bəzi üzv dövlətlər gübrələrə ehtiyacı olan ölkələrə ixraca icazə verilməsi üçün Ümumdünya Ərzaq Proqramının prosesə cəlb olunmasını istəyirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər