8 C
Baku
Monday, December 29, 2025

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları rəsmi olaraq 31 iyul 2017-ci ilə qədər uzadıb.

Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması barədə razılıq artıq 15 dekabrda Avropa İttifaqının sammitinin keçirilməsi çərçivəsində əldə edilmişdi. Bununla yanaşı, qərar Aİ-na üzv ölkələrin rəhbərləri tərəfindən yekdilliklə verilib. Rus mətbuatının verdiyi məlumatlara görə, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi üçün ölkənin Minsk sazişinə əməl etməsi lazımdır.

Avropa İttifaqından Rusiyaya qarşı sektoral sanksiyalar 2014-cü ilin iyul ayında tətbiq edilib. Sanksiyalar Rusiyanın aparıcı dövlət banklarının, hərbi və energetik şirkətlərinin, həmçinin onların törəmə şirkətlərinin Avropa maliyyə bazarlarına çıxışına məhdudiyyət qoyur. Həmçinin rus şirkətlərinə silah və ikili təyinatlı məhsulların  ticarətinə də məhdudiyyət tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər