9 C
Baku
Friday, December 13, 2024

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarında düzəliş edəcək

Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyalara düzəliş edəcək, Rusiyanın aparıcı banklarının qlobal ərzaq və gübrə ticarətində çətinliklərini aradan qaldırmaq üçün tələb olunan bəzi vəsaitlərin istifadəsinə icazə verəcək.

Bu barədə “Reuters” iyulun 20-də Aİ diplomatlarının müzakirə edəcəyi sənəd layihəsinə əsasən bildirib.

“Sabah Aİ nümayəndələri tərəfindən qəbul ediləcəyi gözlənilən dəyişikliyə əsasən, Aİ ölkələri Rusiyanın aparıcı kreditorları VTB (VTBR.MM), Sovcombank, Novikombank, Otkritie FC Bank, VEB, Promsvyazbank və Bank Rossiyaya məxsus iqtisadi resurslara qarşı sanksiyanı götürəcək”, – “Reuters” bildirib.

Aİ rəsmisi isə bildirib ki, yeni düzəlişlərə əsasən, Rusiyanın ən böyük bankı olan Sberbank (SBER.MM) də ərzaq ticarəti üçün lazım olan resurslar istisna olmaqla, sanksiyaya – aktivlərinin dondurulmasına məruz qalacaq.

Sənəd layihəsində deyilir ki, pul “vəsaitin və ya iqtisadi resursların kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən buğda və gübrələrin alınması, idxalı və ya daşınması üçün zəruri olduğu müəyyən edildikdən” sonra istifadəyə buraxıla bilər.

Yeni düzəlişlərə əsasən, Aİ, həmçinin sanksiyalardan sonra treyderlərin xidmətini dayandırdığı Rusiya limanlarından ərzaq ixracının asanlaşdırmasına yardımı da planlaşdırır.

Bildirilir ki bu addım Afrika ölkələri liderlərinin sanksiyaların ticarətə mənfi təsiri ilə bağlı tənqidləri fonunda atılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər