18 C
Baku
Friday, October 3, 2025

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyanın müddətini uzadıb

Avropa İttifaqı (Aİ) “hibrid fəaliyyətlərinə” görə Rusiyaya tətbiq etdiyi sanksiya rejimini bir il müddətinə uzadıb.

Bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.

Bəyanatda bildirilir ki, sanksiyalar 9 oktyabr 2026-cı ilə qədər uzadılıb.

Bu sanksiya mexanizmi ötən ilin 8 oktyabrında, Aİ-nin Rusiyaya qarşı olan əsas sanksiya paketlərinə əlavə olaraq tətbiq edilib. Sanksiyalar 47 fiziki şəxsin və 15 təşkilatın aktivlərinin dondurulması və onların Aİ ərazisinə girişinin qadağan edilməsini nəzərdə tutur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər