Avropa İttifaqı (Aİ) Rusiyanın güc strukturları və məhkəmə orqanlarının 10 əməkdaşına qarşı sanksiyalar tətbiq edib.
Həmin şəxslər “insan hüquqlarının pozulmasına görə” Aİ-nin sanksiya siyahısına daxil edilib.
Məhdudlaşdırıcı tədbirlər Rusiyanın penitensiar sistemi üzrə dörd əməkdaşına, məhkəmə orqanlarının isə altı nümayəndəsinə qarşı tətbiq olunur.
“Siyahıya daxil edilmiş şəxslərin aktivləri dondurulur, həmçinin Aİ vətəndaşlarına və şirkətlərinə onlara maliyyə vəsaiti təqdim etmək qadağan edilir. Fiziki şəxslərə də Aİ ərazisinə giriş və ya tranzit qadağası tətbiq olunur”, – məlumatda bildirilir.







