28 C
Baku
Sunday, July 14, 2024

Avropa İttifaqı sabah Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsini müzakirə edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.

“Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, – Klaar bildirib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər