24 C
Baku
Monday, April 29, 2024

Avropa İttifaqı Serbiyaya 600 mln. avro ayıracaq

Avropa İttifaqı (Aİ) yüksək sürətli dəmir yolu hissəsinin tikintisi üçün Serbiyaya 600 milyon avro qrant verəcək.

Bu barədə Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç deyib.

“Aİ ilə nəqliyyatdan daha sıx bağlı olduğumuz heç bir sahə yoxdur və bunda təkcə Belqrad deyil, Brüssel də maraqlıdır. Avropa İttifaqı tezliklə Serbiyaya Belqrad-Nis sürətli dəmir yolunun tikintisi üçün 600 milyon avro qrant verəcək”, – deyə nazir bildirib.

Serbiyanın tarixində “Soko” adlı ilk sürətli qatar Belqrad – Novi-Sad marşrutu üzrə ilk səfərini 19 mart 2022-ci ildə həyata keçirib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər