Avropa İttifaqı günəş və külək enerjisi istehsalını artırmaqla təbii qaz idxalında 11 milyard avroya qənaət edib.
Bərpa edilən mənbələr 2022-ci ilin martından bəri Avropa İttifaqında istehsal olunan bütün elektrik enerjisinin təxminən 24 faizini təşkil edib. Bu da öz növbəsində yüksək qiymətə qaz idxalını azaltmağa, həmçinin inflyasiyanın daha da artmasının qarşısını almağa imkan yaradıb. Həmin müddət ərzində İspaniya, İtaliya, Polşa və Fransa da daxil olmaqla, Avropa İttifaqının ən azı 19 ölkəsi bərpa olunan enerji istehsalının rekord səviyyəsinə nail olub.
Avropalı ekspertlərin fikrincə, günəş və külək enerjisinin sürətləndirilmiş inkişafı gələcəkdə ittifaq ölkələrinə çoxsaylı böhranlardan yayınmağa kömək edəcək.
Buna baxmayaraq, Avropa hələ də qaz idxalından çox asılıdır. Siyasi fikir ayrılıqları və tədarük zəncirlərinin sabitliyi ilə bağlı narahatlıq fonunda Brüssel mavi yanacağa qiymət tavanı təyin edə bilmir.