23 C
Baku
Saturday, June 1, 2024

“Avropa İttifaqı Türkiyəsiz real aktor ola bilməz”

“Avropa İttifaqı Türkiyəsiz real aktor ola bilməz”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərin tam üzvlüklə canlandırlması çox əhəmiyyətlidir: “Xarici əlaqələrimizin struktur əsasını yaratmağa çalışırıq”.

H.Fidan Türkiyənin iqtisadi cəhətdən 10 böyük dövlətdən biri olması istiqamətində fəaliyyəti davam etdirəcəklərini də vurğulayıb: “Bütün coğrafi istiqamətlərdə əlaqələrimizi inkişaf etdirəcəyik. Energetika və kommunikasiya sahələrində mərkəz olmaq üçün fəaliyyətimiz gücləndirəcəyik. TANAP, Xəzərdən keçən Orta Dəhliz kimi layihələrə önəm verəcəyik”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər