12 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı Ukrayna mallarına rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb

Avropa İttifaqı (Aİ) Ukrayna məhsulları üçün gömrük rüsumlarının ləğvi rejimini 2025-ci il iyunun 5-dək uzadıb.

Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti bildirib.

“Ukraynanın Avropa İttifaqına ixracına idxal rüsumlarının və kvotaların dayandırılması Aİ Şurası tərəfindən bu gün təsdiqləndikdən və Avropa Parlamentinin 23 aprel tarixli qərarından sonra bir il müddətinə uzadılacaq”, – deyə Avropa İttifaqı Şurasının mətbuat xidməti açıqlama yayıb.

Avropa İttifaqının Ukrayna ilə ticarətinin müvəqqəti liberallaşdırılması rejimi 2022-ci ildə təsdiq edilib. Daha sonra 2024-cü il iyunun 5-dək uzadılıb. Rejim Ukraynadan olan bəzi mallara sıfır gömrük tariflərini, bütün tarif kvotalarının dayandırılması, habelə antidempinq rüsumlarının ləğvini nəzərdə tutur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər