26 C
Baku
Saturday, July 27, 2024

Avropa İttifaqı Ukrayna ordusu üçün 20 milyardlıq fond yaratmağı planlaşdırır

Avropa İttifaqı dörd il ərzində Ukrayna ordusuna dəstək üçün 20 milyard avro dəyərində fond yaratmağı planlaşdırır.

Bu barədə Politico məlumat yayıb.

Avropa İttifaqı Ukrayna silahlı qüvvələrinin yaxın 4 il ərzində 20 milyard avro həcmində təchizatını dəstəkləmək üçün trast fondunun yaradılmasını təklif edəcək.

Qeyd olunur ki, bu tədbir Avropa Komissiyasının Ukraynaya təklif etdiyi 50 milyard avroluq yardım paketini tamamlaya bilər.

Bundan əvvəl Reuters öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ hakimiyyəti yaxın günlərdə Ukraynaya daha 1.3 milyard dollarlıq hərbi yardım paketinin ayrılacağını elan edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər