14 C
Baku
Saturday, November 23, 2024

Avropa İttifaqı-Ukrayna sammitinin keçiriləcəyi vaxt açıqlanıb

Avropa İttifaqı-Ukrayna sammitinin keçiriləcəyi vaxt açıqlanıb.

Bu barədə Aİ Şurası Prezidentinin sözçüsü Barend Leyts deyib.

O bildirib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 3-də sammit keçirəcək.

“Mən təsdiq edə bilərəm ki, Aİ-Ukrayna sammiti fevralın 3-də baş tutacaq və Prezident Zelenskiyə Brüsselə səfər üçün dəvət göndərilib”, – o deyib.

Lakin Leyts əlavə edib ki, sammitin harada keçiriləcəyi hələ dəqiqləşməyib. Mətbuat katibinin sözlərinə görə, Zelenskinin Brüsselə dəvət olunması sammitin məhz burada keçiriləcəyi demək deyil.

Rəsmilər sammitin mövzusunun Aİ-nin Rusiyaya qarşı Ukraynaya dəstəyini necə davam etdirəcəyi ilə bağlı olduğunu bildirib. Həmçinin Aİ-nin iki əsas qurumu – Komissiya və Şura Ukraynanın İttifaqa üzvlük prosesini da qiymətləndirəcəklər.

Qeyd edək ki, fevral ayında Rusiya işğalı başlayandan bəri Zelenski Aİ sammitlərində müntəzəm olaraq videobağlantı vasitəsilə çıxış edir. O, müharibə başlayandan bəri ilk səfərini dekabrın 21-də Vaşinqtona edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər