Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovanın bərpası, həmçinin bu iki ölkədə dayanıqlı infrastrukturun inkişafı istiqamətində xüsusi layihə hazırlayıb.
Mətbuata sözügedən layihələri həyata keçirmək üçün elan edilən tenderin sənədləri sızıb.
Sənədə əsasən, Aİ təşəbbüsün həyata keçirilməsi üçün 15 milyon avro ayırmağa hazırdır.
Qeyd olunur ki, hər iki ölkə üçün vəsait Avropa İnvestisiya Bankının büdcəsindən ayrılacaq.
Sənəddə, həmçinin göstərilir ki, müqavilə üzrə layihənin müddəti dörd il olacaq.