Avropa İttifaqı (Aİ) Ukraynadakı səfirini dəyişdirmək niyyətindədir.
Bu barədə Aİ-nin daxili sənədlərində qeyd olunub.
Bildirilib ki, Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə üzrə Danışıqlar Departamentinin baş direktorunun müavini Katarina Maternova Aİ-nin Kiyevdəki səfiri vəzifəsini qəbul edəcək.
Maternova özü də yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib: “Təşəkkür edirəm! Bu, mənim üçün böyük mükafatdır. Birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, – Maternova “Twitter“də yazıb.
Qeyd edək ki, Slovakiyadan olan Katarina Maternova Avropa Komissiyasında Ukraynaya dəstək qrupunun rəhbəri vəzifəsini icra edir.