11 C
Baku
Sunday, November 17, 2024

Avropa İttifaqı Ukraynaya 1.5 milyard avro yardım ayırıb

Avropa İttifaqı (Aİ) Ukrayna üçün növbəti yardım paketini elan edib.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.

“İllik makromaliyyə yardımı paketi çərçivəsində bu gün biz Ukraynaya daha 1.5 milyard avro təqdim edirik.

Ukraynaya Rusiyanın təcavüzünə müqavimət göstərməyə, ölkənin institutlarını və infrastrukturunu işlək vəziyyətdə saxlamağa və mühüm islahatlar aparmağa kömək etməyə davam edəcəyik”, – Avropa Komissiyasının Prezidenti qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər