Avropa İttifaqı Ukraynaya 175 milyon avro humanitar yardım göndərəcək.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.
“Rusiya işğalçı müharibəsini davam etdirdikcə, biz Ukraynaya dəstəyimizi gücləndiririk. Biz Rivne, Buça və Xarkov bölgələrində təcili sığınacaqlar yaradırıq. Həmçinin qış üçün əlavə 175 milyon avro humanitar yardım göndərəcəyik”, – Avropa Komissiyasının Prezidenti qeyd edib.