Ukrayna və Avropa İttifaqı (Aİ) Kiyevə 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsi haqqında memorandum imzalayıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə məlumat verib.
“Bu həftə 3 milyard avronun köçürüləcəyini gözləyirik”, – o qeyd edib.
Ukrayna Baş naziri əlavə edib ki, bu yardım gələcəkdə makroiqtisadi sabitliyin qorunmasına yardım göstərəcək.