13 C
Baku
Friday, November 22, 2024

Avropa İttifaqı Ukraynaya 50 mlrd. avroluq yardım proqramını təsdiqləyəcək

Macarıstanın baş naziri Viktor Orban səsvermənin qarşısını aldıqdan sonra Avropa İttifaqı 2024-cü ilin yanvarında Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiq edəcək.

Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Bugünkü iclasımızı yenicə başa vurduq. Yanvarda bu mövzuya qayıdacağıq, əminəm ki, konsensusa nail olacağıq”, – deyə Mişel səsvermənin nəticələrindən sonra bildirib.

Sammitin əsas mövzularından biri Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avro dəyərində yardım proqramı olub. Avropa Komissiyası Kiyevə 33 milyard avro kredit və qrant şəklində 17 milyard avro ayırmağı vəd edir. Mişel qeyd edib ki, yalnız Macarıstan Ukraynaya maliyyə yardımının verilməsinə qarşı çıxıb. Macarıstanın baş naziri Viktor Orban Ukraynaya milyardlarla avro büdcə yardımına veto qoyub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər