Aİ ölkələri Ukraynaya 50 milyard avro maliyyə yardımı ilə bağlı hələlik razılığa gəlməyiblər.
Bu barədə sammitin yekunlarında qeyd olunub.
Müvafiq işlərin ilin sonuna kimi davam etdiriləcəyi qeyd edilir.
Əvvəllər Macarıstan aydın əsaslandırma olmadığına görə Ukraynaya pul ayırmaqdan imtina etdiyini bildirib.
İsveçrə də 2024-cü ildə Ukraynaya yardımı artırmağı planlaşdırmadığını bəyan edib.