Avropa İttifaqı Ukraynaya enerji avadanlıqlarının tədarükü üçün Polşada xüsusi qovşaq yaratmağa başlayıb.
Bu barədə cümə günü, noyabrın 25-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib.
O, izah edib ki, mərkəz üçüncü tərəflərdən, xüsusən də G7 ölkələrindən koordinasiyalı şəkildə yardım göndərilməsini və subsidiyaların yığılmasını təmin etmək üçün lazımdır.
Fon der Leyen həmçinin bildirib ki, Brüssel Kiyevə generator və transformatorlar göndərib, onlar tez bir zamanda Ukraynaya çatdırılmalıdır.