22 C
Baku
Friday, May 24, 2024

Avropa İttifaqı Ukraynaya yeni hərbi yardım tranşının ayrılmasını müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Avropa Sülh Fondundan Ukraynaya yeni hərbi yardım tranşının ayrılmasını müzakirə edəcək.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Əlavə edib ki, XİN rəhbərlərinin bugünkü görüşündə Rusiyaya qarşı yeni sanksiyalar paketi də müzakirə ediləcək:

“Aİ xarici işlər nazirləri bazar ertəsi yeni sanksiyalar paketini və Ukraynaya Avropa Sülh Fonundan yeni hərbi yardım tranşını müzakirə edəcəklər. Biz Rusiyaya qarşı G7 tərəfindən təklif edilmiş yeni sanksiyaları da müzakirə etmək niyyətindəyik”.

Borrell əlavə edib ki, Rusiyaya qarşı növbəti məhdudiyyətlərin tətbiqi ilə bağlı problem yalnız Macarıstanla bağlı deyil və digər üzv ölkələrin də müzakirə edilməli olan etirazları var.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər