6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Avropa İttifaqı və London “Brexit”dən sonrakı münasibətlərin müzakirəsinə başladılar

Avropa İttifaqı və Böyük Britaniya “Brexit” dən sonrakı münasibətlərə dair danışıqların ikinci mərhələsinə keçiblər. Bu barədə Aİ-nin “Brexit” məsələsi üzrə spikeri Mişel Barnye bildirib.

“Bu gün videkonfrans formatında danışıqların ikinci mərhələsi başlayıb. Biz bütün istiqamətlərdə irəliləməliyik: bizim məqsədimiz iyun ayına qədər ciddi irəliləyişə nail olmaqdır”, – deyə Mişel Barnye öz “Twitter” hesabında yazır.

Avropa İttifaqı və Böyük Britaniya bu ilin sonuna qədər ortaq razılaşma barədə danışıqları başa çatdırmalıdırlar. Qeyd edək ki, tərəflər arasındakı danışıqlar videokonfrans formatında keçiriləcək.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqı təşkilatından üç illik danışıqlardan sonra 2020-ci il 1 fevral tarixində çıxıb. Brüssel və London keçid dövrü barədə ortaq razılığa gəliblər və bu müddət ərzində Birləşmiş Krallıq bütün Avropa standartlarına riayət edəcəyini bildirib. Tərəflər gələcək əlaqələrin necə qurulacağına dair ortaq razılığa gəlməlidir.

Son xəbərlər
Oxşar xəbərlər