26 C
Baku
Tuesday, July 23, 2024

Avropa İttifaqı və NATO əməkdaşlığı gücləndirir

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının hazırkı vəziyyətində Avropa İttifaqı və NATO, eləcə də onların üzvləri tam birlik nümayiş etdirib və əməkdaşlığı gücləndiriblər.

Bu barədə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının qəbul etdiyi yekun qərarda bildirilib.

Qeyd olunub ki, Avroatlantik təhlükəsizlik üçün bu kritik anda Aİ-NATO strateji tərəfdaşlığı həmişəkindən daha möhkəm və aktualdır.

Sənəddə deyilir ki, rəhbər orqanlar və işçi qrupları səviyyəsində siyasi məsləhətləşmələrlə yanaşı, strateji kommunikasiyalar və dezinformasiyaya qarşı mübarizə, tələblərin üst-üstə düşdüyü hallarda müdafiənin planlaşdırılmasının əlaqələndirilməsi, hərbi mobillik məsələləri üzrə dialoq və Ukraynada kadrların qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlıq qurulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər