Avropa İttifaqının daxili işlər Şurası 6 iyun tarixində viza qaydalarında dəyişikliklər edib. Yeniliklər “qanunlara riayət edən səyyahların” viza almaq şərtlərinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Banker.az xəbər verir ki, Viza üçün müraciət müddətləri müəyyənləşdirilib: 15 gündən 6 aya qədər. Artıq ərizə formasını elektron formada da doldurmaq mümkündür.
Qeyd edildiyi kimi, Aİ ölkələri müntəzəm olaraq səyahət edən şəxslər üçün razılaşdırılmış yanaşma tətbiq edəcəklər.
Məcəllədə göstərilən ümumi qaydalar üçüncü ölkələrin vətəndaşlarına şamil olunur.