11 C
Baku
Saturday, November 16, 2024

Avropa İttifaqı “yaşıl” enerjinin inkişafına 350 mlrd. avroyadək sərmayə yatıracaq

Avropa İttifaqı (Aİ) “yaşıl” enerjinin əldə olunması üçün sənaye məhsullarının istehsalına təxminən 350 milyard avro sərmayə yatıracaq ki, bu da Aİ-nin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2 %-ni təşkil edəcək.

Bu barədə “El Pais” qəzetinə Avropa komissarı Tyerri Breton bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri resursları birləşdirdikdə daha güclü olur.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “REPowerEU” planı (Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın qalıq yanacaqlarından asılılığı sürətlə azaltmaq planı) çərçivəsində “yaşıl” enerjinin inkişaf etdirilməli olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, investisiyalar Rusiyanın “enerji şantajı” ehtimalını aradan qaldırmaq üçün zəruridir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər