Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır

“Avropa İttifaqı Qarabağda münaqişə tərəfləri bütün imkanlardan istifadə edərək mülki vətəndaşların müdafiəsinin və infrastrukturunun təmin olunması üçün yeni müharibənin qarşısını almağa çağırırıq”.

“RİA Novosti” xəbər verir ki, bunu Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

“Biz münaqişə edən tərəfləri yeni müharibədən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çağırırıq”, – o vurğulayıb.

P.Stano deyib ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin dərinləşməsinin qarşısını almaq üçün bütün tərəflərlə təmas saxlayacaq.