Avropa İttifaqı (Aİ) yeni üzvlük modeli tətbiq edə bilər.
Bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı genişlənmə prosesini sürətləndirmək üçün gələcək üzvlərin tam qərar qəbul etmə hüququ, o cümlədən veto hüququ olmadan ittifaqa qoşulma imkanını nəzərdən keçirir. Hələ ilkin mərhələdə olan və 27 üzv dövlətin hamısının yekdilliklə təsdiqini tələb edən bu təklif, yeni ölkələr üzvlük üstünlüklərinin əksəriyyətindən istifadə etməyə imkan verəcək, eyni zamanda, Aİ-nin əksər sahələrdə yekdil qərarların qəbul edilməsinin ləğvi də daxil olmaqla, əsas institusional islahatlar həyata keçirdikdən sonra tam hüquqlar əldə edəcək.
Ekspertlərin fikrincə, bu, Avropa İttifaqının genişlənmə planında ilk sırada olan Qərbi Balkan ölkələri üçün yaxşı bir fürsət olaraq.
Qeyd edək ki, hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir. Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya 2013-cü ildə Aİ üzvü olub.
Aİ-nin genişlənmə planında Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Albaniyanın ittifaqa üzvlüyü nəzərdə tutulur.