12 C
Baku
Saturday, November 23, 2024

Avropa İttifaqında qaz anbarlarının ehtiyatları 105 mlrd. kubmetri ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 95%-ə yaxınlaşıb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 94,93% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 3,11 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 105,32 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər