Avropa İttifaqında qiymət artımı sürətlənib

2019-cu ilin dekabr ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artaraq 1,6%-ə çatıb.

Bu barədə Avropa Statistika İdarəsinə (Eurostat) istinadən xəbər verilir.

Məlumata görə, avrozonada isə qiymət artımı aylıq müqayisədə 0,3 faiz bəndi çox – 1,3% təşkil edib.

Aİ-yə üzv olan ölkələr arasında ən yüksək inflyasiya Macarıstanda (4,1%), Rumuniyada (4%), Slovakiya və Çexiyada (3,2%), ən aşağı inflyasiya isə İtaliyada (0,4%) və Portuqaliyada (0,5%) qeydə alınıb.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları