Polşa bu gündən Avropa ittifaqının sədrliyinə başlayıb.
Polşanın sədrliyi 6 ay davam edəcək.
Polşanın şüarı “Təhlküəsizlik, Avropa” olaraq müəyyənləşdirilib.
Polşa Rusiya-Ukrayna müharibəsinin təsirlərini ən çox hiss edən ölkədir. Eyni zamanda Belarusla qonşu olan Polşa Aİ-yə üzv olan digər ölkələrini müdafiə xərclərini artırmaq və Avropa müdafiə sənayesini gücləndirmək üçün təşviq edəcək.
Polşa bundan əlavə, qeyri-qanuni köç dalğasını azaltmaq və geri göndərmə prosedurlarını effektiv hala gətirmək üçün həll yolları üzərinə çalışmağa hazırlaşır.
Belarusun miqrantları silah kimi istifadə etdiyini və hibrid müharibə ilə üz-üzə gəldiyini qeyd edən Varşava hökuməti dezinformasiya ilə mübarizə və enerji asılılığını azaltmağa fokuslanacaq.
Qeyd edək ki, Polşa 1 iyul 2025-ci ildə sədrliyi Danimarkaya ötürəcək.