Avropa İttifaqında qiymətləri endirməyə yönəlmiş yeni enerji tədbirləri noyabrın sonuna qədər razılaşdırıla bilər.
Bu barədə Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela bildirib.
“Bizim tədbirlərlə bağlı texniki müzakirələr aparacağıq, noyabrın sonuna qədər təsdiq oluna biləcək müəyyən irəliləyişləri gözləyirəm”, – deyə Lüksemburqda Avropa İttifaqının energetika nazirlərinin görüşü başlamazdan əvvəl Yozef Sikela bildirib.
O əlavə edib ki, lazım gələrsə, nazirlərin əlavə növbədənkənar iclasları çağırılacaq.
Çexiya 2022-ci ilin sonuna qədər Aİ Şurasına sədrlik edir və nazirlərin növbədənkənar iclaslarını çağıra bilər.