15 C
Baku
Saturday, April 20, 2024

Avropa İttifaqından çıxmaq İngiltərəyə 170 mlrd. dollara başa gəlib

Avropa İttifaqından çıxmaq Böyük Britaniyaya 130 milyard funt sterlinqə (170 milyard dollar) başa gəlib, ilin sonunda bu məbləğin daha 70 milyard dollar artacağı gözlənilir.

Banker.az xəbər verir ki, bu haqda “Bloomberg Economics” in tədqiqatına istinadən “Bloomberg” məlumat verib.

2016-cı ildə keçirilən referendumdan sonra yaranmış qeyri-müəyyənlik, ölkə iqtisadiyyatına son dərəcədə mənfi göstərib.

Xüsusilə, biznesə yatırım sahəsinə böyük zərər dəyib, illik iqtisadi artım isə 2%-dən 1%-dək azalıb.

Xatırladaq ki, dekabrın 12-də keçirilən seçkilərdə Mühafizəkarlar Partiyası qalib gəlmişdir. İngiltərənin Avropa İttifaqından çıxmasının qəti tərəfdarı olan Boris  Conson, bu prosesin 2020-ci il dekabrın 31-də başa çatacağını bəyan edib.

Son xəbərlər
Digər xəbərlər